Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 14 may 2010 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,25 dollar və ya 1,7% azalaraq 1 barelə görə 74,40 dollar təşkil edib və beləliklə 3 aylıq minimuma çatıb.

«APA-Economics»in məlumatına görə, mayın 13-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,09 dollar azalaraq 80,11 dollar təşkil edib.

Neftin ucuzlaşması bir neçə amilin təsiri altında baş verib. Belə ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ölkədə neft ehtiyatları ötən həftə 1,9 mln. barel artaraq 362,5 mln. barelə çatıb. Beləliklə, ABŞ-da neft ehtiyatları son 15 həftənin 14 həftəsi ərzində artır. Bundan başqa, Beynəlxalq Enerji Agentliyi 2010-cu il üçün dünyada neft istehlakı üzrə proqnozunu günə 220 barel azaldıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR