Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,2%, Nasdaq 1,3% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,2%, Nasdaq 1,3% enib
# 14 may 2010 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 10 783 bəndədək, S&P 500 1,2% - 1 157 bəndədək, Nasdaq isə 1,3% - 2 394 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına təsir edən əsas amillərdən biri kimi Nyu-York prokurorluğu tərəfindən 8 iri bank haqqında istintaq araşdırmalarının başlanmasını qeyd etmək lazımdır. Belə ki, “Goldman Sachs”, “Citigroup”, “Morgan Stanley”, “UBS”, “Credit Suisse”, “Deutsche Bank”, “Credit Agricole” və “Merrill Lynch” banklarına artıq müvafiq bildirişlər göndərilib.

Qeyd edək ki, banklar ipoteka kağızları üzrə əməliyyatlar barəsində reytinq agentliklərinə yalan məlumatlar verməkdə ittiham olunur. Nəticədə “J.P. Morgan Chase”in səhmləri 2,1%, “Citigroup”un səhmləri 2,3%, “Deutsche Bank”ın səhmləri 3,3%, “UBS”in səhmləri 2,2% ucuzlaşıb.

Avropa fond bazarlarında mayın 13-də FTSE 100 indeksi 0,9% - 5 434 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,1% - 3 732 bəndədək enib, Almaniya DAX-ı isə 1,1% - 6 252 bəndədək yüksəlib. Avropa fond indeksləri korporativ xəbərlərin təsiri altında dəyişib.

Mayın 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 229,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2542 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR