Bank Of Baku

Neftin qiyməti yenidən enib

Neftin qiyməti yenidən enib
# 17 may 2010 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,79 dollar və ya 3,8% azalaraq 1 barelə görə 71,61 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 14-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,93 dollar azalaraq 77,18 dollar təşkil edib.

Neftin ucuzlaşması investorar arasında Avropada yaranmış vəziyyətlə bağlı mövcud bədbinliyi əks etdirir. Belə ki, investor və analitiklərin əksəriyyəti hətta Yunanıstana maliyyə yardım paketinin dəstəklənməsindən sonra da Avropada iqtisadi böhranın kəskinləşmə ehtimalının qaldığını fikirləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR