Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,9%, Nasdaq 2% enib

Dow Jones indeksi 1,5%, S&P 500 1,9%, Nasdaq 2% enib
# 17 may 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 10 621 bəndədək, S&P 500 1,9% - 1 136 bəndədək, Nasdaq isə 2% - 2 347 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikası bir neçə amildən asılı olub. Belə ki, enmə tendensiyalarının yaranmasının əsas səbəbi kimi investorlar arasında Avropa ölkələrində borc problemlərinin uğurla aradan qaldırılacağına inamın olmadığını qeyd etmək mümkündür. Bundan başqa, ABŞ-da pərakəndə ticarət dövriyyəsinin aprel ayında 0,4%, istehsal həcminin 0,8% artması kimi makroiqtisadi göstəricilər isə müsbət təsir edib və indekslərin enməsində müəyyən dərəcədə saxlayıcı amil kimi çıxış edib.

Avropa fond bazarlarında mayın 14-də FTSE 100 indeksi 3,1% - 5 264 bəndədək, Fransa CAC-40-ı 4,8% - 3 552 bəndədək, Almaniya DAX-ı isə 3,5% - 6 034 bəndədək enib. Avropa fond bazarında enmə tendensiyası artıq daimi xarakter almağa başlayır, çünki Yunanıstandakı vəziyyət, bir sıra digər ölkələrdə dövlət borcları probleminin kəskinləşməsi, bank sektorunda nəzarətin gücləndirilməsinə dair tədbirlərin hazırlanması kimi amillər bazara yalnız mənfi təsir edir.
Mayın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 227,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2273 (-2,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR