Bank Of Baku

Bu gün BFB-da 10503426S seriyalı 2 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10503426S seriyalı 2 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 18 may 2010 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10503426S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 2 058 800 manat təşkil edib. Sifarişlər 96,67% (gəlirlik 3,45%) – 96,86% (gəlirlik 3,25%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 96,67% (gəlirlik 3,45%), orta ölçülmüş qiyməti isə 96,72% (gəlirlik 3,40%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin mayın 17-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR