Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 19 may 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,67 dollar və ya 1% azalaraq 1 barelə görə 69,41 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 18-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,67 dollar azalaraq 74,43 dollar təşkil edib.

Beləliklə, dolların avroya qarşı bahalaşması neftin ucuzlaşması ilə müşayiət olunması davam edir. Qeyd edək ki, mayın 18-də dolların avroya qarşı məzənnəsi 1,1% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR