Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,4%, Nasdaq 1,6% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,4%, Nasdaq 1,6% enib
# 19 may 2010 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 18-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 10 511 bəndədək, S&P 500 1,4% - 1 121 bəndədək, Nasdaq isə 1,6% - 2 317 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında investorlar arasında Avropada borc problemlərinin həlli ilə bağlı hələ də əminlik olmadığından, bazarda enmə tendensiyaları üstünlük təşkil edir.

Avropa fond bazarlarında mayın 18-də FTSE 100 indeksi 0,9% - 5 307 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 617 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 6 156 bəndədək yüksəlib. Avropa fond bazarlarında «Barclays»ın səhmləri 0,4%, «Royal Bank of Scotland»ın səhmləri 1,2%, «Lloyds Banking Group»un səhmləri 1,5%, «BNP Paribas»ın səhmləri 3,2%, «Societe Generale»in səhmləri 4,7%, «Deutsche Bank»ın səhmləri 1,5%, “Banco Santander”in səhmləri 6,1% bahalaşıb.
Mayın 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 214,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2198 (-1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR