Bank Of Baku

AGBI indeksi 1,0126, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0126, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 19 may 2010 07:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0125 bənd və ya 1,25% artaraq may ayının 19-na 1,0126 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0594 bədn və ya 5,6% azalaraq 1,0001 təşkil edib.

AGBI indeksinin artması mayın 18-də 2 mln. manat həcmində olan dövlət istiqrazları emissiyasının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının artması səbəbindən baş verib.

AMFBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR