Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,8% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,5%, Nasdaq 0,8% enib
# 20 may 2010 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 10 444 bəndədək, S&P 500 0,5% - 1 115 bəndədək, Nasdaq isə 0,8% - 2 298 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına mənfi təsir edən amillərdən əsası bir sıra Almaniya şirkətinin səhmləri üzrə təmin edilməmiş qısa satışların 2011-ci ilin martına qədər qadağan edilməsi barədə qərar olub. Qeyd edək ki, həmin şirkətlərin siyahısında «Allianz», «Commerzbank», «Deutsche Bank», «Muenchener Rueck», «Deutsche Boerse», «Deutsche Postbank», «Hannover Rueck», «Aareal Bank», «Generali Deutschland» və «MLP» kimi iri qurumlar yer alıb.

Eyni amil Avropa fond bazarlarında da indekslərin enməsinə səbəb olub. Nəticədə, mayın 19-da FTSE 100 indeksi 2,9% - 5 158 bəndədək, Fransa CAC-40-ı 2,9% - 3 512 bəndədək, Almaniya DAX-ı isə 2,7% - 5 989 bəndədək enib.
Mayın 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% azalaraq 1 193,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2359 (+1,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR