Bank Of Baku

Dow Jones indeksi 3,6%, S&P 500 3,9%, Nasdaq 4,1% enib

Dow Jones indeksi 3,6%, S&P 500 3,9%, Nasdaq 4,1% enib
# 21 may 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 20-də Amerika fond bazarında Dow Jones indeksi 3,6% - 10 068 bəndədək, S&P 500 3,9% - 1 072 bəndədək, Nasdaq isə 4,1% - 2 204 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında «Bank of America»nın səhmlşəri 6,2%, «General Electric»in səhmləri 5,8%, «Alcoa»nın səhmləri 63%, «Ford»un səhmləri 6,2%, «Cisco Systems»in səhmləri 3,9%, «Google»nin səhmləri 3,9%, «Apple»nin səhmləri 4,3% ucuzlaşıb.

Avropa fond bazarlarında mayın 20-də FTSE 100 indeksi 1,7% - 5 073 bəndədək, Fransa CAC-40-ı 2,3% - 3 433 bəndədək, Almaniya DAX-ı isə 2% - 5 868 bəndədək enib. Mayın 20-də «Standard Chartered»in səhmləri 2,4%, HSBC-nin səhmləri 1%, «Barclays»ın səhmləri 0,8%, «BNP Paribas»ın səhmləri 1,1%, «Societe Generale»in səhmləri 2,4%, «Credit Agricole»un səhmləri 2,7%, «Royal Bank of Scotland»ın səhmləri 0,9% ucuzlaşıb.
Mayın 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 188,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2640 (+2,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR