Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,5%, Nasdaq 1,1% yüksəlib
# 24 may 2010 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 21-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 10 193 bəndədək, S&P 500 1,5% - 1 088 bəndədək, Nasdaq isə 1,1% - 2 229 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, beləliklə ABŞ-ın fond indeksləri mayın 20-də baş vermiş 4%-lik enmənin müəyyən hissəsinin əvəzini çıxıb. İndekslərin yüksəlməsini investorlar tərəfindən Avropanın borc problemlərini həddindən artıq qiymətləndirməsi kimi qiymətləndirmək olar.

Avropa fond bazarlarında mayın 21-də FTSE 100 indeksi 0,2% - 5 063 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 431 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 829 bəndədək enib. Avropa bazarlarında səhmlərin satışı üstünlük təşkil edib ki, bu da investorların bir sıra ölkələrin dövlət borcu və büdcə kəsiri ilə yaranmış problemlərə yanaşması kimi qiymətləndirilə bilər.
Mayın 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 176,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2508 (-1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR