Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq 0,7% enib
# 25 may 2010 07:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 10 067 bəndədək, S&P 500 1,3% - 1 074 bəndədək, Nasdaq isə 0,7% - 2 214 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi əsasən maliyyə sektorda müşahidə olunub. Belə Ki, ötən həftə müzakirələrinə başlanan bank tənzimlənməsi sisteminin yenidən baxılmasına dair qanun layihəsinə görə, bir sıra banklar reytinqlərin endirilməsi təhlükəsi ilə üzləşib və məhz bu amil bazara mənfi təsir göstərib.

Avropa fond bazarlarında mayın 24-də FTSE 100 indeksi 0,1% - 5 070 bəndədək, Fransa CAC-40-ı 0,01% - 3 431 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,4% - 5 806 bəndədək enib. Avropa bazarlarında «Lloyds Banking Group»un səhmləri 0,6%, «Societe Generale»in səhmləri 0,03%, «Deutsche Bank»ın səhmləri 1%, «Banco Santander»in səhmləri 1,2%, «BBVA»nın səhmləri 2% ucuzlaşıb, «Royal Bank of Scotland»ın səhmləri 0,3%, «Barclays» və «BNP Paribas»ın səhmləri isə 0,7% bahalaşıb.
Mayın 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 194 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2300 (-1,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR