Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 26 may 2010 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,46 dollar və ya 2,1% azalaraq 1 barelə görə 68,75 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 25-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,62 dollar azalaraq 69,55 dollar təşkil edib.

Avropada inkişaf edən borclar böhranı, Koreya yarımadasında siyasi gərginlik və digər amil və hadisələr investorlar arasında neft istehlak və tələbatı sahəsində mənfi ehtimallar doğurur ki, bu da neftin son vaxtlar ucuzlaşmasının əsas səbəbidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR