Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,04% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,04% yüksəlib, Nasdaq 0,1% enib
# 26 may 2010 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 044 bəndədək enib, S&P 500 0,04% - 1 074 bəndədək yüksəlib, Nasdaq isə 0,1% - 2 211 bəndədək enib. «APA-Economics»in məlumatına görə, mayın 25-də müxtəlif amillərin təsiri altında, o cümlədən həm makroiqtisadi göstəricilər, Avropadan gələn mənfi xəbərlər və korporativ xəbər və hesabatların təsiri altında ABŞ fond bazarında ticarət zamanı əvvəl indekslərin kəskin enməsi, ticarət gününün sonuna yaxın isə müəyyən dərəcədə tarazlaşmasına səbəb olub.

Avropa fond bazarlarında mayın 25-də FTSE 100 indeksi 2,5% - 4 941 bəndədək, Fransa CAC-40-ı 2,9% - 3 331 bəndədək, Almaniya DAX-ı isə 2,3% - 5 670 bəndədək enib.
Avropa bazarlarında «Lloyds Banking Group»un səhmləri 8,9%, «Societe Generale»in səhmləri 6,3%, «Banco Santander»in səhmləri 3,9%, «BBVA»nın səhmləri 4,5%, «UniCredit»in səhmləri 7,5%, BP-nin səhmləri 1,6%, «Royal Dutch Shell»in səhmləri 1,2%, «BG Group»un səhmləri 2% ucuzlaşıb.
Mayın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 198 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2302 (0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR