Bank Of Baku

AGBI indeksi 0,9619, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9619, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 26 may 2010 07:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0382 bənd və ya 3,8% azalaraq may ayının 26-na 0,9619 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001 təşkil edib.

AGBI indeksinin azalması dövlət istiqrazları bazarının kapitallaşmasının azalması səbəbindən baş verib ki, bu da öz növbəsində mayın 25-də 6,005 mln. manat həcmində bir buraxılışın dövriyyədən çıxarılmasının nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR