Bank Of Baku

Neftin bahalaşması bərpa olunub

Neftin bahalaşması bərpa olunub
# 27 may 2010 06:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 2,76 dollar və ya 4% artaraq 1 barelə görə 71,51 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 26-da ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,19 dollar artaraq 71,74 dollar təşkil edib.

Beləliklə, neftin bahalaşması təqribən ardıcıl üç həftə ərzində davam edən ucuzlaşmadan sonra bərpa olunub. Xatırladaq ki, neftin ucuzlaşması mayın 5-də başlayıb və o vaxtdan mayın 25-dək neftin qiyməti 20,4% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR