Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,7%, S&P 500 0,6%, Nasdaq 0,7% enib
# 27 may 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 9 974 bəndədək, S&P 500 0,6% - 1 068 bəndədək, Nasdaq isə 0,7% - 2 196 bəndədək enib. «APA-Economics»in məlumatına görə, mayın 26-da ABŞ fond bazarında ticarət gününün açılışından sonra müsbət dinamika müşahidə olunub, lakin sonra Çinin Avropa ölkələrin dövlət istiqrazlarına yanaşmanın dəyişmədirilməsi mümkünlüyü barədə məlumatlar indekslərin enməsinə səbəb olub. Qeyd edək ki, Çin hazırda Avropa dövlət istiqrazlarının investorudur, lakin Avropada böhran davam edərsə, bu istiqrazların satılması ehtimalı var.

Avropa fond bazarlarında mayın 26-da FTSE 100 indeksi 2% - 5 038 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 409 bəndədək, Almaniya DAX-ı isə 1,6% - 5 758 bəndədək yüksəlib. Avropa bazarlarında «Lloyds Banking Group»un səhmləri 6,7%, «Barclays»ın səhmləri 4,7%, «Royal Bank of Scotland»ın səhmləri 5,6%, «Societe Generale»in səhmləri 1,3%, «Deutsche Bank»ın səhmləri 1,3% bahalaşıb.
Mayın 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 213,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2224 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR