Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0623, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0623, AMFBI indeksi 1,0001 təşkil edib
# 27 may 2010 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0382 bənd və ya 4% artaraq may ayının 27-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0622 bənd və ya 6,2% artaraq 1,0623 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməyib və 1,0001 təşkil edib.

Mayın 26-da 4 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb, 5 mln. manatlıq emissiya isə yerləşdirilib. Nəticədə, bazarın kapitallaşmasının artması ACBDI-nin yüksəlməsinə səbəb olub.

AGBI indeksinin enməsi isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR