Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 28 may 2010 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 3,04 dollar və ya 4,3% artaraq 1 barelə görə 74,55 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, mayın 27-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,92 dollar artaraq 74,66 dollar təşkil edib.

Neftin bahalaşmasına ABŞ-da enerji daşıyıcılarına tələbatın artması, ölkənin xam neft ehtiyatlarının azalması və bir sıra müsbət makroiqtisadi göstəricilər barədə məlumatlar təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR