Bank Of Baku

Dow Jones indeksi 2,9%, S&P 500 3,3%, Nasdaq 3,7% yüksəlib

Dow Jones indeksi 2,9%, S&P 500 3,3%, Nasdaq 3,7% yüksəlib
# 28 may 2010 07:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 27-də Amerika fond bazarında Dow Jones indeksi 2,9% - 10 259 bəndədək, S&P 500 3,3% - 1 103 bəndədək, Nasdaq isə 3,7% - 2 278 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə Çin rəsmilərinin bəyanatı müsbət təsir edib. Qeyd edək ki, mayın 27-də Çin Avropa ölkələrinin istiqrazlarının satılması barədə planlarının olmaması barədə məlumatlar yayıb ki, bu xəbər investorlar arasında gərginliyi aradan qaldırıb.

Çin Xalq Bankının Avropa istiqrazlarına dair bəyanatı Avropa bazarlarına da müsbət təsir edib. Nəticədə, Avropa fond bazarlarında mayın 27-də FTSE 100 indeksi 3,1% - 5 195 bəndədək, Fransa CAC-40-ı 3,4% - 3 525 bəndədək, Almaniya DAX-ı isə 3,1% - 5 937 bəndədək yüksəlib. Burada «Barclays»ın səhmləri 4%, «HSBC»nin səhmləri 2,7%, «Societe Generale»in səhmləri 7,4%, «Deutsche Bank»ın səhmləri 4,5%, «BG Group», «Tullow Oil» və «Royal Dutch Shell» neft şirkətlərinin səhmləri isə müvafiq olaraq 4,5%, 5,7% və 2,80% bahalaşıb.
Mayın 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 211,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2301 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR