Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,2%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,2%, Nasdaq 0,9% enib
# 31 may 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 10 137 bəndədək, S&P 500 1,2% - 1 089 bəndədək, Nasdaq isə 0,9% - 2 257 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında satış üstünlük təşkil edib, çünki investorlar mayın 27-də mənfəətlərini toplayırdılar. Bunun da əsas səbəblərindən biri o olub ki, əvvəlki gün bütün indekslər 3-3,7% yüksəlib, mayın 31-də isə ABŞ fond birjaları Xatirə Günü münasibəti ilə işləməyəcək. Bundan başqa, mayın 27-də Avropadan daxil olan mənfi xəbərlər də bazara müvafiq qaydada təsir edib. Belə ki, «Fitch Ratings» agentliyi tərəfindən İspaniyanın reytinqi AAA səviyyəsində AA+ səviyyəsinə endirilib.

Avropa fond bazarlarında mayın 28-də FTSE 100 indeksi 0,1% - 5 188 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 515 bəndədək enib, Almaniya DAX-ı isə 0,2% - 5 949 bəndədək yüksəlib.
Mayın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 215 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2306 (+0,04%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR