Bank Of Baku

AGBI indeksi 1,0004, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0565 təşkil edib

AGBI indeksi 1,0004, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0565 təşkil edib
# 31 may 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0003 bənd və ya 0,03% artaraq may ayının 31-nə 1,0004 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0622 bənd və ya 5,9% azalaraq 1,0001 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0564 bənd və ya 5,6% artaraq 1,0565 təşkil edib.

Mayın 27-də 5 mln. manat həcmində olan ipoteka istiqrazlarının daha bir tranşı yerləşdirilib ki, yaranmış bazar kapitallaşmasının artması AMFBI indeksinin yüksəlməsinə səbəb olub.

AGBI və ACBDI indekslərinin dəyişməsi isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR