Bank Of Baku

Avropanın əsas fond indeksləri enib

Avropanın əsas fond indeksləri enib
# 01 iyun 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Mayın 31-də Avropa fond bazarlarında FTSE 100 indeksi 0,1% - 5 188 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 505 bəndədək enib, Almaniya DAX-ı isə 0,3% - 5 964 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, «BNP Paribas» və «Societe Generale»in səhmləri 1,4%, «Deutsche Bank»ın səhmləri 0,2% ucuzlaşıb. Fond bazarlarında BP-nin səhmlərinin ucuzlaşması davam edir. Mayın 31-də BP-nin səhm kotirovkalarının daha 7,8% enib.
Amerika fond bazarında Xatirə Günü (Memorial Day) münasibəti ilə ticarət meydançaları işləməyib. Qeyd edək ki, bütün müharibələrdə həlak olan amerikalıların xatirəsinə həsr edilən və ilk dəfə 1868-ci ildə elan olunmuş bu bayram hər ilin mayın son bazar ertəsi günü qeyd olunur. Əvvəlki ticarət gününün yekunlarına görə, Dow Jones indeksi 10 137 bənd, S&P 500 1 089 bənd, Nasdaq 2 257 bənd təşkil edib.

Mayın 31-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 221 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2258 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR