Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,7%, Nasdaq 1,5% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,7%, Nasdaq 1,5% enib
# 02 iyun 2010 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 10 024 bəndədək, S&P 500 1,7% - 1 071 bəndədək, Nasdaq isə 1,5% - 2 222 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına Çin və Avropa iqtisadiyyatı haqqında hesabatların mənfi təsiri ABŞ-ın müsbət makroiqtisadi göstəricilərlə müəyyən dərəcədə tarazlaşdırılıb, lakin yekunda indekslərin enməsi baş verib.

Avropa fond bazarlarında iyunun 1-də FTSE 100 indeksi 0,5% - 5 163 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 503 bəndədək enib, Almaniya DAX-ı isə 0,3% - 5 981 bəndədək yüksəlib. Avropa bazarlarında BP-nin səhmləri 13,1%, «Royal Dutch Shell»in səhmləri 0,6%, «Barclays»ın səhmləri 0,6%, «BNP Paribas»ın səhmləri 0,7%, «Societe Generale»in səhmləri 1,8%, «Credit Agricole»un səhmləri 1,9%, «Deutsche Bank»ın səhmləri 0,5%, «Banco Santander»in səhmləri 1,5%, BBVA-nın səhmləri 1,4% ucuzlaşıb.
İyunun 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 226,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2210 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR