Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1174, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1174, AMFBI indeksi 1,0001 təşkil edib
# 03 iyun 2010 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq iyun ayının 3-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1174 bənd və ya 11,7% artaraq 1,1174 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməyib və 1,0001 təşkil edib.

ACBDI indeksinin artması iyunun 2-də 4 mln. manatlıq not buraxılışının dövriyyədən çıxarılması və 6 mln. manatlıq emissiyanın yerləşdirilməsi nəticəsində bazarın kapitallaşmasının artması səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR