Bank Of Baku

Dow Jones indeksi 2,3%, S&P 500 2,6%, Nasdaq 2,6% yüksəlib

Dow Jones indeksi 2,3%, S&P 500 2,6%, Nasdaq 2,6% yüksəlib
# 03 iyun 2010 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 2-də Amerika fond bazarında Dow Jones indeksi 2,3% - 10 250 bəndədək, S&P 500 2,6% - 1 098 bəndədək, Nasdaq 2,6% - 2 281 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında son bir neçə gün ərzində ucuzlaşmış səhmlərin fəal alışına başlanılıb və bunun nəticəsində əksər sektorlarda kotirovkaların yüksəlməsi müşahidə olunur.

Avropa fond bazarlarında iyunun 2-də FTSE 100 indeksi 0,2% - 5 151 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 502 bəndədək enib, Almaniya DAX-ı isə dəyişməz qalaraq 5 981 bənd təşkil edib. Avropa bazarlarında əsas enmə tendensiyası bank sektorunda müşahidə olunub. Məsələn, «Barclays»ın səhmləri 2,2%, HSBC-nin səhmləri 0,3%, «Societe Generale»in səhmləri 1%, «Deutsche Bank»ın səhmləri 0,6% ucuzlaşıb.
İyunun 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 222,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2289 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR