Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 04 iyun 2010 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,75 dollar və ya 2,4% artaraq 1 barelə görə 74,61 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyunun 3-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,66 dollar artaraq 75,41 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-da ötən həftə xam neftin ehtiyatlarının 1,9 mln. barel azalması ilə bağlı olub. Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, eyni zamanda ölkədə gündəlik neft hasilatı 5,54 mln. bareldən 5,32 mln. barelədək azalıb. Bu fonda neftin idxalı da gündəlik 9,928 mln. bareldən 9,455 mln. barelə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR