Bank Of Baku

Dow Jones indeksi 0,04%, S&P 500 0,4%, Nasdaq 1% yüksəlib

Dow Jones indeksi 0,04%, S&P 500 0,4%, Nasdaq 1% yüksəlib
# 04 iyun 2010 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 10 254 bəndədək, S&P 500 0,4% - 1 103 bəndədək, Nasdaq 1% - 2 303 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında iyunun 3-də FTSE 100 indeksi 1,2% - 5 211 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 557 bəndədək, Almaniya DAX-ı 1,2 - 6 055 bəndədək yüksəlib. Avropa bazarlarında «Barclays»ın səhmləri 2,1%, «Lloyds Banking Group»un 2,5%, «Royal Bank of Scotland»ın 1,9%, HSBC-nin 0,9%, «Deutsche Bank»ın 1,2%, «Societe Generale»in 1%, «Royal Dutch Shell»in 1,8%, BP-nin 3,9%, «BG Group»un səhmləri 1,6% bahalaşıb.
İyunun 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% azalaraq 1 210 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2180 (-0,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR