Bank Of Baku

Neft kəskin ucuzlaşıb

Neft kəskin ucuzlaşıb
# 07 iyun 2010 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 3,10 dollar və ya 4,2% azalaraq 1 barelə görə 71,51 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyunun 4-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,32 dollar artaraq 72,09 dollar təşkil edib.

Neftin ucuzlaşmasına əsas səbəb ABŞ-ın məşğulluq bazarı barədə mənfi hesabatların açıqlanması olub. Belə ki, aqrar sahəci istisna olmaqla? ölkə iqtisadiyyatında iş yerlərinin artımı may ayında 431 min təşkil edib ki, bu da proqnozlardan 82 min azdır.

Bundan başqa, dolların möhkəmlənməsi də neftin ucuzlaşmasına təsir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR