Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,4%, Nasdaq 2% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,4%, Nasdaq 2% enib
# 08 iyun 2010 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 9 816 bəndədək, S&P 500 1,4% - 1 050 bəndədək, Nasdaq 2% - 2 174 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi makroiqtisadi göstəricilərin təsiri altında baş verib.

Avropa fond bazarlarında iyunun 7-də FTSE 100 indeksi 1,1% - 5 069 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 414 bəndədək, Almaniya DAX-ı 0,6 - 5 905 bəndədək enib. Avropa bazarlarında «Barclays»ın səhmləri 0,9%, «Lloyds Banking Group»un səhmləri 2,7%, «Royal Bank of Scotland»ın səhmləri 0,9%, HSBC-nin səhmləri 0,1%, «Deutsche Bank»ın səhmləri 1,3%, «Societe Generale»in səhmləri 1,9%, «Royal Dutch Shell»in səhmləri 1,1%, «Total»in səhmləri 0,6%, BP-nin səhmləri 0,7% ucuzlaşıb.
İyunun 7-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% artaraq 1 240,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1965 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR