Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,1% yüksəlib, Nasdaq 0,2% enib

Dow Jones indeksi 1,3%, S&P 500 1,1% yüksəlib, Nasdaq 0,2% enib
# 09 iyun 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 8-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 9 940 bəndədək, S&P 500 1,1% - 1 062 bəndədək yüksəlib, Nasdaq 0,2% - 2 171 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına iki əks istiqamətli amil təsir edib. Belə ki, Federal Ehtiyat Sisteminin sədri Ben Bernankenin ölkə iqtisadiyyatının bərpası barədə bəyanatı bazara müsbət, Avropada iqtisadi vəziyyətin pisləşməsi barədə ehtimallar isə mənfi təsir göstərib.

Avropa fond bazarlarında iyunun 8-də FTSE 100 indeksi 1,4% - 5 028 bəndədək, Fransa CAC-40-ı 1% - 3 380 bəndədək, Almaniya DAX-ı 0,6 - 5 869 bəndədək enib. Avropa bazarlarında VR-nin səhmləri 5%, «Royal Dutch Shell»in səhmləri 0,5%, «Total»in səhmləri 0,8%, «BG Group»un səhmləri 0,5%, «Barclays»ın səhmləri 3,3%, «Royal Bank of Scotland»ın səhmləri 3,8%, «Lloyds Banking Group»un səhmləri 4,1%, «BNP Paribas»ın səhmləri 2,8%, «Societe Generale»in səhmləri 2,2%, «Deutsche Bank»ın səhmləri 0,5% ucuzlaşıb.
İyunun 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 245,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1956 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR