Bank Of Baku

AGBI indeksi 0,9861, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9861, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 09 iyun 2010 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0140 bənd və ya 1,4% azalaraq iyun ayının 9-na 0,9861 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməz qalaraq 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması iyunun 8-də 2,1 mln. manat həcmində dövlət istiqrazlarının bir buraxılışının dövriyyədən çıxarılması nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR