Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 10 iyun 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 9-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,39 dollar və ya 3,3% artaraq 1 barelə görə 74,38 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyunun 9-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,97 dollar artaraq 74,27 dollar təşkil edib.

ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ölkədə xam neft ehtiyatlarının azalması davam edir. Belə ki, ötən həftə ərzində ehtiyatların həcmi 1,8 mln. barel azalaraq 361,4 mln. barelə çatıb ki, bu məlumat da neftin bahalaşmasına səbəb olan əsas amillərdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR