Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq 0,5% enib
# 10 iyun 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 9 899 bəndədək, S&P 500 0,6% - 1 056 bəndədək, Nasdaq 0,5% - 2 159 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında əvvəl kotirovkaların yüksəlməsi müşahidə olunurdu, lakin sonradan Almaniyanın kansleri Angela Merkelin bəyanatının açıqlanması səbəbindən bazarda enmə tendensiyası yaranıb. Qeyd edək ki, Almaniya kansleri bəyan edib ki, büdcə xərclərinin azaldılması çərçivəsində iqtisadiyyatın stimullaşdırılması proqramlarının dayandırılması vaxtı çatıb.

Avropa fond bazarlarında iyunun 9-da FTSE 100 indeksi 1,1% - 5 086 bəndədək, Fransa CAC-40-ı 2% - 3 447 bəndədək, Almaniya DAX-ı 2 - 5 985 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsinə müsbət korporativ xəbərlər səbəb olub.
İyunun 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 233,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2038 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR