Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1051, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1051, AMFBI indeksi 1,0001 təşkil edib
# 10 iyun 2010 07:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0140 bənd və ya 1,4% artaraq iyun ayının 10-na 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1051 bənd və ya 10,5% artaraq 1,1051 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi isə dəyişməz qalaraq 1,0001 bərabər olub.

ACBDI indeksinin artması iyunun 9-da notların 4 mln. manat həcmində bir buraxılışın dövriyyədən çıxarılması, 6 mln. manat həcmində isə yeni buraxılışın yerləşdirilməsi nəticəsində baş verib.

AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR