Bank Of Baku

Neftin qiyməti artıb

Neftin qiyməti artıb
# 11 iyun 2010 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,10 dollar və ya 1,5% artaraq 1 barelə görə 75,48 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyunun 10-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,02 dollar artaraq 75,29 dollar təşkil edib.

Neftin bahalaşması ilk növbədə Beynəlxalq Enerji Agentliyinin 2010-cu ildə dünyada gündəlik neft istehlakı üzrə proqnozu 60 min barel artıraraq 86,4 mln. barel səviyyəsində müəyyənləşdirməsi barədə bəyanatla bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR