Bank Of Baku

Dow Jones indeksi 2,8%, S&P 500 3%, Nasdaq 2,8% yüksəlib

Dow Jones indeksi 2,8%, S&P 500 3%, Nasdaq 2,8% yüksəlib
# 11 iyun 2010 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 10-da Amerika fond bazarında Dow Jones indeksi 2,8% - 10 172 bəndədək, S&P 500 3% - 1 087 bəndədək, Nasdaq 2,8% - 2 219 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi müsbət makroiqtisadi göstəricilər və xəbərlərlə bağlı olub.

Həmin amillər Avropa fond bazarlarında da artım tendensiyaları yaradıb. Nəticədə, iyunun 10-da FTSE 100 indeksi 0,9% - 5 133 bəndədək, Fransa CAC-40-ı 2% - 3 517 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 057 bəndədək yüksəlib.
İyunun 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 222,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2102 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR