Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 1,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq 1,1% yüksəlib
# 14 iyun 2010 07:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 211 bəndədək, S&P 500 0,4% - 1 092 bəndədək, Nasdaq 1,1% - 2 244 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsi müsbət makroiqtisadi göstərici və xəbərlərlə bağlı olub.

Avropa fond bazarlarında isə vahid tendensiya müşahidə olunmayıb. Nəticədə, iyunun 11-də FTSE 100 indeksi 0,6% - 5 164 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 556 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,1% - 6 048 bəndədək enib.
İyunun 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 230,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2175 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR