Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 2,4%, Nasdaq 2,9% yüksəlib

Dow Jones indeksi 2,1%, S&P 500 2,4%, Nasdaq 2,9% yüksəlib
# 16 iyun 2010 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 15-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 10 405 bəndədək, S&P 500 2,4% - 1 115 bəndədək, Nasdaq 2,9% - 2 306 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında investorlar arasında inam yaranıb ki, Avropa ölkələri borclar problemlərini həll edə biləcək ki, bu da bazara müsbət təsir edib.

Avropa fond bazarlarında iyunun 15-də FTSE 100 indeksi 0,3% - 5 218 bəndədək, Fransa CAC-40-ı 1% - 3 652 bəndədək, Almaniya DAX-ı 0,9% - 6 175 bəndədək yüksəlib. Kotirovkaların yüksəlməsinə əsas səbəb müsbət korporativ xəbərlər olub.
İyunun 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 234,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2314 (+1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR