Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 1,535 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 1,535 mln. dollarlıq əqdlər bağlanılıb
# 16 iyun 2010 14:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8037 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8038 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 875 924 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,8038 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 357 616 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,8037 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 1,535 mln. dollar və ya 1 233 540 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 511 667 dollar düşüb.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

EUR/AZN T+0 aləti üzrə həcmi 1,899 min. avro olan əqd qeydə alınıb, manatın orta məzənnəsi isə avroya nisbətən 0,9902 AZN təşkil edib.

Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,33%, ABŞ dolları üzrə isə illik 15,58% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR