Bank Of Baku

Neftin qiyməti artıb

Neftin qiyməti artıb
# 17 iyun 2010 06:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,73 dollar və ya 1% artaraq 1 barelə görə 77,67 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyunun 16-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,04 dollar artaraq 78,14 dollar təşkil edib.

Neftin bahalaşmasına Dünya Bankın neftin qiyməti üzrə proqnoz təsir edib. Belə ki, Dünya Bankın hesablamalarına görə, 2010-cu ildə neftin orta qiyməti 1 barelə görə 78 dollara bərabər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR