Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0951, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0951, AMFBI indeksi 1,0001 təşkil edib
# 17 iyun 2010 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq iyun ayının 17-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0950 bənd və ya 9,5% artaraq 1,0951 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001 bərabər olub.

ACBDI indeksinin yüksəlməsi iyunun 16-da 4 mln. manat həcmində bir not buraxılışının dövriyyədən çıxarılması və 6 mln. manat həcmində yeni buraxılışın yerləşdirilməsi nəticəsində bazarın kapitallaşmasının yüksəlməsi səbəbindən baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR