Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,05% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,05% yüksəlib
# 18 iyun 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 434 bəndədək, S&P 500 0,1% - 1 116 bəndədək, Nasdaq 0,05% - 2 307 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına makroiqtisadi hesabatlar təsir edib.

Avropa fond bazarlarında iyunun 17-də FTSE 100 indeksi 0,3% - 5 254 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 683 bəndədək, Almaniya DAX-ı 0,5% - 6 224 bəndədək yüksəlib. Avropa bazarlarında müsbət dinamika İspaniyanın dövlət istiqrazların yerləşdirilməsi üzrə hərracın uğurlu keçməsi barədə məlumatların açıqlanmasından sonra yaranıb.

İyunun 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 248,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2412 (+1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR