Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib
# 21 iyun 2010 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 451 bəndədək, S&P 500 0,1% - 1 118 bəndədək, Nasdaq 0,1% - 2 310 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında investorlar arasında Avropa iqtisadiyyatı barədə mənfi ehtimallar tədricən azalmaqdadır ki, bu da bazarda kotirovkaların dinamikasına müsbət təsir edib.

Avropa fond bazarlarında iyunun 18-də FTSE 100 indeksi 0,1% - 5 251 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 687 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 6 217 bəndədək enib. Avropa bazarlarında kotirovkaların dinamikası əsasən korporativ xəbərlərin təsiri altında olub.
İyunun 18-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 258,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2422 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR