Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,9% enib
# 22 iyun 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 21-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 442 bəndədək, S&P 500 0,4% - 1 113 bəndədək, Nasdaq 0,9% - 2 289 bəndədək enib. «APA-Economics»in məlumatına görə, iyunun 21-də məlum olub ki, Çin hökuməti yuan üzrə nəzarəti yumşaltmaq niyyətindədir və bu xəbər maliyyə dərhal bazarlarında müsbət qarşılanıb. Lakin sonradan bunun nəticəsində yuanin məzənnəsinin dəyişməsi üçün hələ də çox vaxt tələb olunması barədə ehtimallar bazara mənfi təsir edib.

Avropa fond bazarlarında iyunun 21-də FTSE 100 indeksi 0,9% - 5 299 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 736 bəndədək, Almaniya DAX-ı 1,2% - 6 293 bəndədək yüksəlib. Avropa bazarlarında «Royal Dutch Shell»in səhmləri 1,4%, «Repsol»un səhmləri 1,4%, «Tullow Oil»un səhmləri 2,3%, «Barclays»ın səhmləri 1,5%, HSBC-nin səhmləri 1,7%, «Societe Generale»in səhmləri 1,7% bahalaşıb.
İyunun 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% azalaraq 1 240,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2300 (-1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR