Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,6%, Nasdaq 1,2% enib

Dow Jones indeksi 1,4%, S&P 500 1,6%, Nasdaq 1,2% enib
# 23 iyun 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 22-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 10 294 bəndədək, S&P 500 1,6% - 1 095 bəndədək, Nasdaq 1,2% - 2 262 bəndədək enib. «APA-Economics»in məlumatına görə, iyunun 22-də neftin ucuzlaşması səbəbindən neft, qaz və energetika şirkətlərinin səhmlərinin kotirovkalarının enməsi bir sıra mənfi makroiqtisadi göstəricilər nəticəsində müşahidə olunan bazarda ümumi enmə tendensiyasını gücləndirib.

Avropa fond bazarlarında iyunun 22-də FTSE 100 indeksi 1% - 5 247 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3 705 bəndədək, Almaniya DAX-ı 0,4% - 6 269 bəndədək enib. Avropa bazarlarında «Barclays»ın səhmləri 2%, HSBC-nin səhmləri 0,02%, «Standard Chartered»in səhmləri 0,5%, «Societe Generale»in səhmləri 4%, «BNP Paribas»ın səhmləri 1,9%, «Credit Agricole»un səhmləri 4,7% ucuzlaşıb.
İyunun 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 240,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2270 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR