Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,3%, Nasdaq 0,3% enib
# 24 iyun 2010 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 300 bəndədək yüksəlib, S&P 500 0,3% - 1 092 bəndədək, Nasdaq 0,3% - 2 254 bəndədək enib. «APA-Economics»in məlumatına görə, iyunun 23-də ABŞ-ın fond bazarına iki əsas amil təsir edib. İlk növbədə məlum olub ki, may ayında ABŞ-da yeni evlərin satışı aprellə müqayisədə 32,7% azalaraq 300 minə çatıb ki, bu da 1967-ci ildə ən yüksəl azalma tempidir. Bundan başqa, Federal Ehtiyat Sisteminin Açıq bazarda əməliyyatlar üzrə Komitəsi faiz dərəcələrini 0-0,25%-lik diapazonda saxlayıb ki, bu da investorlar tərəfindən iqtisadiyyatda hələ də problemlərin qalması əlaməti kimi qiymətləndirilib.

Həmin amillər Avropa fond bazarlarında da enmə tendensiyalarına səbəb olub. Nəticədə, iyunun 23-də FTSE 100 indeksi 1,3% - 5 179 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 642 bəndədək, Almaniya DAX-ı 1% - 6 205 bəndədək enib.
İyunun 23-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 234,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2346 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR