Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0433, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0433, AMFBI indeksi 1,0001 təşkil edib
# 24 iyun 2010 07:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq iyun ayının 24-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0433 bənd və ya 4,3% artaraq 1,0433 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması iyunun 23-də 5 mln. manat həcmində bir not buraxılışının dövriyyədən çıxarılması və 6 mln. manatlıq yeni buraxılışın yerləşdirilməsi nəticəsində bazarın kapitallaşmasının artması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR