Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,7%, Nasdaq 1,6% enib

Dow Jones indeksi 1,4%, S&P 500 1,7%, Nasdaq 1,6% enib
# 25 iyun 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 24-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 10 153 bəndədək, S&P 500 1,7% - 1 074 bəndədək, Nasdaq 1,6% - 2 217 bəndədək enib. «APA-Economics»in məlumatına görə, bir sıra müsbət makroiqtisadi xəbərlərə baxmayaraq ABŞ-ın fond bazarında enmə tendensiya yaranıb. Bunun da əsas səbəbi hazırda Senat və Nümayəndələr Palatasında müzakirə olunan maliyyə sektorunda tənzimləmə haqqında yeni qanun layihəsi ətrafında yaranmış qeyri-müəyyənlikdir.

Avropa fond bazarlarında iyunun 24-də FTSE 100 indeksi 1,5% - 5 100 bəndədək, Fransa CAC-40-ı 2,4% - 3 555 bəndədək, Almaniya DAX-ı 1,4% - 6 116 bəndədək enib. Avropada «Barclays»ın səhmləri 4,6%, «Lloyds»un səhmləri 4,1%, «BNP Paribas»ın səhmləri 5%, «Societe Generale»in səhmləri 4,5% ucuzlaşıb.
İyunun 24-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 245,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2315 (-0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR