Bank Of Baku

Bu gün BFB-da 10801627S seriyalı 3 mln. manatlıq DOİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10801627S seriyalı 3 mln. manatlıq DOİ emissiyası yerləşdirilib
# 25 iyun 2010 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10801627S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 3 mln. manat təşkil edib. Sifarişlər 100,00% (gəlirlik 4,50%) qiyməti ilə təqdim olunub. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2013-cü ilin iyunun 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR